Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İranda məşhur repçiyə qarşı ağır ittihamlar irəli sürülüb - VİDEO
2021-ci ildən bəri İran hakimiyyəti tərəfindən dəfələrlə həbs olunan və işgəncələrə məruz qalan məşhur rep ustası Tumac Salehiyə qarşı yeni ağır ittihamlar irəli sürülüb. Beləliklə, musiqiçinin günahlandırıldığı maddələrin sayı 10-a çatıb.
Bu barədə dissident repçinin vəkili Əmir Rəisiyan özünün “X” səhifəsində məlumat verib.
Vəkilin bildirdiyinə görə, repçiyə qarşı irəli “dövlət əleyhinə silahlı və qrup şəklində qiyam”, həmçinin “milli təhlükəsizlik əleyhinə cinayət törətmək üçün gizli qruplaşma yaratmaq” maddələri ilə ittiham irəli sürülüb.
“Halbuki, əvvəla, cinayət işində nəinki qrup, hətta bir nəfər də başqa müttəhim yoxdur ki, Tumacın cinayət ortağı sayılsın, ikincisi, onun üzərində silah bir yana, heç mətbəx bıçağı da tapılmayıb”, - deyə vəkil əlavə edib.
Qeyd edək ki, Tumac Salehi sonuncu dəfə 2023-cü il noyabrın 30-da silahlı şəxslər tərəfindən zorakılıqla saxlanılaraq İsfahan şəhər mərkəzi həbsxanasına salınıb, bu il yanvarın 1-də isə “yalan məlumatlar yaymaq və ictimai fikri çaşdırmaq” ittihamı ilə bir il həbs cəzasına məhkum edilib.
Bu barədə daha ətraflı “Azad İran” “YouTube” kanalının yayımladığı videosüjetdə:
"İran" teqi üzrə xəbərlər
- İranda təyyarə dağa çırpıldı: Ölənlər var
- İranda gözlənilmədən həbs edilən reperdən hələ də xəbər yoxdur
- İran Dövlət Teleradiosunun keçmiş rəhbəri: "Azərbaycan dilində telekanalın açılmasına mane olurlar"
- Abbas Əraqçi: "İran Suriyaya qoşun göndərə bilər"
- İranın Əfqanıstanla sərhəddə inşa etdiyi təhlükəsizlik divarının görüntüləri yayıldı