Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İlham Əliyev özbəkistanlı həmkarı ilə Xankəndidə sənaye müəssisəsinin yaradılmasını müzakirə edib
Azərbaycan Prezidenti İlham Əliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə danışıqlarda işğaldan azad olunmuş Xankəndi şəhərində yüngül sənaye müəssisəsinin yaradılması layihəsini müzakirə edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bu barədə mətbuata bəyanatında bildirib.
İlham Əliyev qeyd edib: "Yalnız mühüm olan bir layihəni ayrıca qeyd etmək istərdim. Bu, işğaldan azad olunmuş Xankəndi şəhərində yeni yüngül sənaye müəssisəsinin yaradılması ilə bağlıdır. Bu, xalqlarımızın qardaşlığının və dostluğunun daha bir rəmzidir. Biz həmişə - istər işğal dövründə, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra özbək xalqının qardaş dəstəyini hiss etmişik. Mən bu gün bu barədə danışmışam, Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə bizə təkcə mənəvi dəstək göstərməklə yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək edib".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev azərbaycanlı professoru təltif etdi
- Azərbaycanda bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələr yaradılır - QANUN
- Politoloq: "Kəlbəcərin döyüşsüz azad olunması Azərbaycanın siyasi, hərbi və iqtisadi qələbəsidir"
- İlham Əliyev surinamlı həmkarına məktub göndərib
- Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədrini təbrik edib