Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BMT-nin baş katibinin köməkçisi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosunun direktoru İvana Jivkoviç ilə görüşüb.
Oxu.Az bildirir ki, bununla bağlı İ.Jivkoviç sosial şəbəkə hesabında məlumat verib.
Görüşün əsas müzakirə mövzusu minatəmizləmə işində BMT-nin dəstəyi məsələsi olub.
Eyni zamanda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün məhsuldar keçdiyini vurğulayan BMT rəsmisi UNDP-nin minatəmizləmə və yaşıl inkişafa dəstək verməyə sadiq olduğunu deyib və COP29 və ondan kənarda gələcək əməkdaşlığı səbirsizliklə gözlədiklərini qeyd edib.
Productive discussion with H.E. Elchin Amirbayov, Representative of the President of Azerbaijan on Special Assignments. @UNDP is committed to supporting 🇦🇿 on mine action and green development & looks forward to further collaboration towards COP29 and beyond. pic.twitter.com/yRLdges5FB
— Ivana Zivkovic (@Ivana_Zivkovic_) May 29, 2024