"Zəfərlərimizi azərbaycanlı qardaşlarımızla bu gün olduğu kimi, bundan sonra da çiyin-çiyinə qeyd edəcəyik".
"Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı qonşu ölkədə qeyd olunan 30 Avqust - Zəfər Bayramı münasibətilə Bakıdakı "Türk Şəhidliyi" abidəsini ziyarət edərkən deyib.
O, Rəcəb Tayyib Ərdoğanın liderliyi altında Türkiyənin daha da inkişafı üçün çalışacaqlarını bildirib:
"Vətənləri uğrunda canlarından keçən Türkiyə və Azərbaycan şəhidlərinin xatirəsini hörmətlə yad edirik".
"Zəfərlərimizi azərbaycanlı qardaşlarımızla bu gün olduğu kimi, bundan sonra da çiyin-çiyinə qeyd edəcəyik".
Daha çox foto burada: PhotoStock.az