Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı Azərbaycan xalqını Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.
Oxu.Az xəbər verir ki, bu barədə diplomat özünün "X" hesabında yazıb.
"Qardaş Azərbaycanın Dövlət Suverenliyi Gününü ürəkdən təbrik edirik", - deyə o, paylaşımda qeyd edib.