Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycan və Özbəkistan MSK rəhbərləri əməkdaşlıq məsələlərini müzakirə ediblər
Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Zayniddin Nizamxocayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Məclisinə növbədənkənar seçkinin keçirilməsini müşahidə edir. Z.Nizamxocayev Bakıda MSK sədri Məzahir Pənahovla görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının Mətbuat Xidməti məlumat yayıb.
Özbəkistanın MSK sədri qeyd edib ki, iki ölkənin seçki orqanları arasında səmərəli əməkdaşlıq həyata keçirilir:
"Seçki prosesinin daha da təkmilləşdirilməsi məqsədilə daim məlumat və qabaqcıl təcrübə mübadiləsi aparılır. Əməkdaşlığın səmərəli formalarından biri də milli seçki kampaniyalarının monitorinqində iştirak etmək üçün müşahidəçilərin qarşılıqlı dəvət edilməsidir".
Öz növbəsində, M.Pənahov belə əməkdaşlığın Azərbaycanda azad və demokratik seçkinin keçirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Kəlbəcərin azad edilməsi Azərbaycanın siyasi və diplomatik qələbəsidir
- Zahid Oruc: "Sərhədlərin açılması ilə bağlı əhalimizlə açıq danışmalıyıq"
- Azərbaycanın sabiq deputatı olan general məhkəməyə VERİLDİ - SƏBƏB
- İcbari tibbi sığorta fondunun gələnilki büdcəsi üç milyard manat olacaq
- Azərbaycanda ilk dəfə "yaşıl büdcə"nin xərcləri açıqlanıb