Son günlər Azərbaycan mətbuatında İrandakı Azərbaycan səfirliyinə hücum edən terrorçu barəsində çıxarılan ölüm hökmünün icrasının yubanması ilə bağlı bir çox yazılar dərc olunub. O cümlədən, mötəbər informasiya agentliklərindən biri diplomatik mənbələrdən əldə etdiyi məlumata istinad edərək bildirib ki, terrorçunun edam olunması ilə bağlı qərar tez bir zamanda icra edilməsə, Azərbaycan İrandakı səfirini növbəti dəfə geri çağıra bilər.
Əslində, Azərbaycan səfirliyinə hücumla bağlı proseslərin bu yerə gəlib çatması o qədər də gözlənilməz deyil, çünki hadisənin baş verdiyi gündən bu zamana qədər rəsmi Tehranın davranışı məkrli spekulyasiyalar və çeşidli yalanlar üzərində qurulub.
Həmin metodlarla İran hakimiyyəti Azərbaycan səfirliyinin bir əməkdaşının ölümü, iki nəfərin isə yaralanması ilə nəticələnən terror aktının mahiyyətini kiçiltməyə, onu şəxsi zəmində baş vermiş adi münaqişə kimi qələmə verməyə, hadisə zamanı İran polisi və təhlükəsizlik qüvvələrinin şübhəli səhlənkarlığını ört-basdır etməyə, ən başlıcası isə, hücumu həyata keçirmiş Yasin Hüseynzadənin layiq olduğu şəkildə və aşkar surətdə cəzalandırılmasından yayınmağa çalışıb.
Ətraflı "Azad İran"ın süjetində: