Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Uqandanın paytaxtı Kampala şəhərində Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının 19-cu zirvə görüşündə iştirak edib.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazir tədbirdə çıxış edib.
Tədbir zamanı Azərbaycan hərəkata sədrliyi Uqandaya təhvil verib.