Baku TV-nin "Arzunun vaxtı" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayında Vüqar Biləcərinin atası Zakir Paşayevlə birlikdə mərhum meyxanaçının məzarı ziyarət olunub.
Oğlu ilə bağlı xatirələrindən danışan Z.Paşayev bildirib ki, Vüqarın meyxanaçı olmasına qarşı olub:
"Meyxana dediyinə görə onu danlayırdım. Anasına deyirmiş ki, atam bir də görəcək, artıq televiziyadayam. Bir gün evdə oturmuşduq. Dedilər ki, Vüqar sabah axşam "De, gəlsin"də meyxana deyəcək".
Meyxanaçının atasının sözlərinə görə, oğlunun ölümündən sonra şəkər xəstəliyinə tutulub.
"Xəstəliyə görə ayaq barmaqlarım kəsildi. Gözümün də biri şəkərə görə yaxşı görmür. Vüqar evimin yaraşığı idi", - deyə o söyləyib.
Z.Paşayev Vüqar Biləcərinin ölüm anından da danışıb:
"Halını soruşmaq üçün zəng etdim. Dedilər, yaxşıdır, oturub çay içir. Sonra tibb bacısı deyib ki, içəri keçmək lazımdır, yoxsa mənə söz gələcək. 15 dəqiqə sonra zəng gəldi ki, Vüqar rəhmətə gedib".
Ətraflı süjetdə:
Baku TV-nin "Arzunun vaxtı" verilişinin yeni buraxılışı yayımlanıb.