“Hansı müğənninin səsi yaxşıdırsa, ona duet ortağı təklifini özüm edirəm. Məşhur sənətçilərdən hələ ki duet təklifi olmayıb. Tanınmayan müğənnilərə isə mən başa sala bilmirəm ki, gərək onların səsini mən bəyənəm”.
Oxu.Az-ın məlumatına görə, bu sözləri meyxanaçı Pərviz Bülbülə Xəzər TV-də yayımlanan “Şourum” verilişinə müsahibəsi zamanı bildirib.
Sənətçi meyxanalara gizlin qulaq asıb, “meyxana dinləmirəm” deyənlərə sərt ismarış da göndərib:
“Bizi dinləməyən adam yoxdur. Hamı bizi dinləyir. Sadəcə bilmirəm, bu nə xasiyyətdir? Meyxana, elə bil ki, əstəğfurullah, 18+ kadrdır, hamı baxır, heç kim boynuna almır. Kiməsə qulaq asmaqdansa bizə qulaq asmaq daha abırlıdır”.
Daha ətraflı süjetdə:
“Hansı müğənninin səsi yaxşıdırsa, ona duet ortağı təklifini özüm edirəm. Məşhur sənətçilərdən hələ ki duet təklifi olmayıb. Tanınmayan müğənnilərə isə mən başa...
Rəylər