Müğənni Nura Suri Kolumbiya səyahətindən danışıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Nura MTV-də yayımlanan “10-da görüşək” verilişində söhbət açıb.
İfaçı Kolumbiya səyahətini belə şərh edib:
“Hər yer bitkidir, çox fərqli quşlar, ağaclar, güllər var idi. Muzeyləri gəzdim, Eskobarın ev muzeyində oldum. Kinolarda gördüyümüz kimi deyildi. İnsanları çox gözəldir, hamısı da istedadlıdır. Hamı rəqs edir, ya da musiqi alətində ifa edir. Orada heç kim təkər qaraltmır”.
Ətraflı süjetdə:
Nura Kolumbiya səyahətindən danışdı: “Orada heç kim təkər qaraltmır” - VİDEO
Rəylər