"Heç bir xanımın yerimdə olmağını istəmərəm. Xarici görünüşüm, səhnədəki gülüşüm o demək deyil ki, mən xoşbəxtəm".
Oxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva qonaq olduğu "Xəzər axşamı" verilişində deyib:
"Mən xanımları xoşbəxt görmək istəyirəm, amma güclü yox. Xanımlarımızın nəvazişini çəksinlər. Onları bir çiçək kimi qoxlayıb, əzizləsinlər. Xanımlar mənim kimi həyat yaşamasınlar".
Qeyd edək ki, Nazpəri Dostəliyevanın oğlu ürək çatışmazlığından vəfat edib.