Müğənni Çingiz Mustafayev özünü müğənni adlandırmadığını və artıq ayrılıq mahnıları oxumayacağını deyib.
Oxu.Az yazır ki, bu barədə ifaçı proqramların birində danışıb:
“Artıq özümə müğənni deyə bilmirəm. Çünki ildə bir dənə mahnı buraxıram. Mənim üçün say deyil, keyfiyyət önəmlidir. Ola bilər ki, mən bu gün elə bir mahnı oxuyaram ki, doqquz milyonun beş milyonu mənə qulaq asar. Bu mümkündür. Amma məqsəd, istək, arzu o deyil. Niyə ora getməliyəm? İnsanlar məni çox sevəcək deyə? Sevsələr də bir şey dəyişmir, sevməsələr də. Faydalı olmaq istəyərəm. Bu gün oxuduğum musiqi nədənsə bəhs edir. Daha çox insanın daxilindən, ruhundan, yaradanından bəhs edir. İnsanı oralara aparır. Ayrılıqla bağlı, “Sən getdin, mən sənsiz yaşaya bilmərəm, sənsiz mən heç kiməm, sən mənim hər şeyimsən” və sair. Artıq nə qədər olar? beş il, 10 il, 15 il. Ömrümün axırına qədər toksik sevgidən oxuya bilmərəm axı. İnsanları zəhərləyə blmərəm”, - deyə, Mustafayev bildirib.
Rəylər