Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ancelina Colinin oğlu hələ də xəstəxanadadır: Bred Pitt çarəsiz qalıb
Hollivud ulduzu Ancelina Colinin ağır qəzaya düşən oğlu Paksın reabilitasiyası uzun çəkəcək.
Oxu.Az-ın məlumatına görə, bu barədə "People" jurnalı xəbər yayıb.
Bildirilir ki, 18 yaşlı gənc artıq reanimasiya şöbəsindən çıxarılıb, lakin ona hələ də ciddi tibbi yardım göstərilir.
"Paks ağır xəsarət alıb. Hazırda onu uzun bərpa və fizioterapiya dövrü gözləyir", - deyə mənbədən vurğulanıb.
Qeyd edək ki, iyulun 29-da Paks Coli Los-Ancelesdə elektrik velosipedini idarə edərkən avtomobilə çırpılıb. Qəza zamanı onun başında dəbilqə olmayıb.
Şahidlərin sözlərinə görə, Paks budunda ağrıdan şikayət edib. Bundan əlavə, o, başından da xəsarət alıb.
Coli bütün bu müddət ərzində oğlunun yanında qalıb, Paksın qardaşları və bacıları isə mütəmadi olaraq onu ziyarət ediblər. Ancaq Bred Pitt bildirib ki, qəzadan sonra oğlu Paksla əlaqə saxlaya bilməyib. Onun sözlərinə görə, dəfələrlə uşaqlarına zəng edib, lakin onlar zənglərinə cavab vermirlər. Aktyor bədbəxt hadisəyə görə çox məyus olduğunu, özünü tamamilə aciz hiss etdiyini vurğulayıb.
"Ancelina Coli" teqi üzrə xəbərlər
- "Emmi" mükafatını qazanan ilk türk aktyor ikinci dəfə namizəd göstərildi
- Bred Pitt Ancelina Colinin yeni münasibətlər qurmasına mane olur
- Ancelina Coli və Haluk Bilgineri bir araya gətirən "Maria" filmindən maraqlı kadrlar
- Ancelina Coli repçi Akala ilə görüntülənib, sevgili olduqları iddia edilir
- Ancelina Coli böyük oğlu ilə görüntülənib
Rəylər