Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Müdafiə Nazirliyinin rəhbərliyi ulu öndərin və şəhidlərimizin məzarlarını ziyarət edib
Sentyabrın 27-də - Anım Günündə Müdafiə Nazirliyinin rəhbər heyəti, Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu, o cümlədən Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları ulu öndər Heydər Əliyevin və şəhidlərimizin məzarlarını ziyarət edib.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əvvəlcə Fəxri xiyabanda ümummilli liderin abidəsi önünə qızılgül dəstələri qoyulub, xatirəsi dərin hörmətlə yad edilib.
Nazirliyin rəhbər heyəti görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət edib, üzərinə tər qızılgüllər düzərək ehtiram nümayiş etdirib.
Sonra Şəhidlər xiyabanı ziyarət olunub. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarlarına və "Əbədi məşəl" abidəsinin önünə gül dəstələri düzülüb.
Daha sonra İkinci Şəhidlər xiyabanına gələn Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyət Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə qızılgül dəstələri qoyub, ruhlarını dərin hörmət və ehtiramla anıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov nazirliyin digər rəhbər heyəti ilə birgə şəhid ailələri və yaxınları ilə görüşərək onların qayğıları ilə maraqlanıb.
Şəhidlərimizin ailə üzvləri ölkə rəhbərliyi tərəfindən onlara göstərilən diqqət və qayğıdan razılıqlarını bildiriblər.
Saat 12:00-da İkinci Şəhidlər xiyabanında Müdafiə Nazirliyinin rəhbərliyi digər hərbi qulluqçular və şəhid ailələri ilə birlikdə şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.
"27 Sentyabr - Anım Günü" teqi üzrə xəbərlər
- 44 günlük Vətən müharibəsində Zəfərin dördüncü ili dörd sözlə: Qarabağ Azərbaycandır və NİDA
- Deputat: "Şanlı Ordumuz millətimizi gələcək nəsillərin qınağından hifz etdi"
- Bu xəbərləri qaçırmayın: 27.09.2024-ün ən mühüm hadisələri
- Xankəndidə uzun illər Azərbaycana qarşı məkrli planlar hazırlanan binadan GÖRÜNTÜLƏR
- Doğma yurdlarına qayıdan füzulililər şəhidləri anıblar
Rəylər