Azərbaycan Respublikasının Xalq artisti Oqtay Cəfər oğlu Ağayev 1934-cü il noyabrın 7-də Bakıda dünyaya gəlib.
Oxu.Az xatırladır ki, O.Ağayev Azərbaycanda olan iki böyük estrada orkestrinin hər ikisində solist kimi fəaliyyət göstərib.
Belə ki, o, 1970-ci ilə qədər Rauf Hacıyevin, 1984-cü ilə qədər isə Tofiq Əhmədovun rəhbərliyi ilə Radio və Televiziya Estrada Orkestrinin solisti olub.
O.Ağayev dünyanın bir sıra xarici ölkəsində (Əlcəzair, Mərakeş, Polşa, Çexoslovakiya, Bolqarıstan, Rumıniya və s.), keçmiş SSRİ-nin bütün respublikalarında qastrol səfərlərində olub, Kreml Sarayında 11 konsert verib.
Azərbaycan Respublikasının Xalq artisti Oqtay Cəfər oğlu Ağayev 1934-cü il noyabrın 7-də Bakıda dünyaya gəlib.
O.Ağayev kino sənətində də fəaliyyət göstərib. Vaqif Mustafayevin "Yapon" və yaponiyalı" filmində milis rəisi rolunda çəkilib. "O qızı tapın", "Dağlarda döyüş" və başqa filmlərdə mahnılar ifa edib. Oxuduğu mahnıların 200-dən çoxu lentə yazılıb.
Ürək-damar xəstəliyindən əziyyət çəkən Xalq artisti Oqtay Ağayev 2006-cı il noyabrın 14-də vəfat edib.
Onunla vida mərasimi Rəşid Behbudov adına Dövlət Mahnı teatrında keçirilib və o, Yasamal qəbiristanlığında torpağa tapşırılıb.
Rəylər