Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Pompeydən sensasiyalı kəşf: DNT analizi "ailə"nin və ana-qızın sirrini açdı
Eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi zamanı həlak olmuş məşhur Pompey sakinlərinin son tədqiqatı gözlənilməz kəşfə gətirib çıxarıb. Belə ki, ürəkparçalayan halda tapılan və əvvəllər ailə hesab edilən cəsədlər qrupunun əslində Şərqi Aralıq dənizi və ya Şimali Afrikadan gələn dörd kişi miqrant olduğu üzə çıxıb. Onların qohum olmadıqları vurğulanıb.
Oxu.Az-ın "Izvestiya"ya istinadla verdiyi məlumata görə, bu barədə DNT analizi və rentgenoqrafiyadan sonra məlum olub.
Alimlərin sözlərinə görə, bu kəşf tarixə yeni baxış yaradıb.
"Bu, immiqrasiyanın Roma İmperiyasının hər yerində adi hal olduğunu və onun da kosmopolit olduğunu təsdiqləyir", - deyə Vyana Universitetinin təkamül antropoloqu Ron Pinhasi qeyd edib.
Tədqiqat təkcə bu səhnənin deyil, digər səhnələr barədə ehtimalların səhv olduğunu üzə çıxarıb.
Belə ki, uzun müddət iki bacı, yaxud ana-qız olduğu düşünülən cəsədlərin DNT testləri və rentgenoqrafiyasından sonra məlum olub ki, meyitlərdən biri kişiyə məxsusdur.
Rəylər