Baku TV-də yayımlanan “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki sayı Əməkdar artist Aygün Bəylərə həsr olunub.
Mərhum xanəndə ilə bağlı xatirələrini bölüşən Əməkdar incəsənət xadimi Baba Vəziroğlu onun son konsertindən danışıb:
“Aygün səhnədən düşdü, bizimlə, fanatları ilə görüşmək istədi. Ətrafına çoxlu insan yığışdı. Həmişə qucaqlaşıb görüşürdük. Bu dəfə arada o qədər insan var idi ki, yaxınlaşa bilmədik. Fanatlarının arasından mənə əlini uzatdı. Onun əlini tutanda bütün ümidlərim məhv oldu. Gördüm ki, bu sondur, əli bumbuz idi, həyat nişanəsi yox idi”.
Müğənni Nigar Camal isə deyib ki, bu konsertdə çıxış etmək Aygün Bəylər üçün çox ağır olub:
“Təzyiqi qalxırdı, burnundan qan axırdı. Konsertə hazırlaşanda kimyaterapiyanı dayandırmışdı. Həmin bir həftə ərzində onun analiz nəticələri daha da pisləşmişdi”.
Ətraflı süjetdə:
Baku TV-də yayımlanan “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib.Verilişin budəfəki sayı Əməkdar artist Aygün Bəylərə həsr olunub.Mərhum xanəndə ilə b...
Rəylər