Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Elvis Preslinin yeganə qızı evində ölmüş vəziyyətdə tapılıb - FOTO/VİDEO
Əfsanəvi musiqiçi Elvis Preslinin yeganə qızı, amerikalı müğənni Liza Mari Presli 54 yaşında vəfat edib.
Bu barədə onun anası Prisсilla Presli məlumat verib.
“Gözəl qızım Liza Marinin bizi tərk etməsi ilə bağlı sarsıdıcı xəbəri ürək ağrısı ilə bölüşmək məcburiyyətindəyəm. O, tanıdığım ən şövqlü, güclü və sevən qadın idi”, - deyə o bildirib.
Liza Mari Preslini evindəki işçisi huşsuz vəziyyətdə tapıb. Müğənninin əri həkimlər gələnə qədər ürək-ağciyər reanimasiyası edib. İlkin məlumatlara görə, onun ürəyi tamamilə dayanıbmış, o, süni komaya salınıb.
Liza atası Elvis Preslinin yeganə varisidir. O, musiqi karyerasına 2000-ci illərdə başlayıb. Bütün dövr ərzində o, “To Whom It May Concern” (2003), “Now What” (2005) və “Storm & Grace” (2012) adlı üç albom buraxıb.
Liza Mari uzun müddət “Elvis Presli Xeyriyyə Fondu”na rəhbərlik edib.
Müğənni Maykl Ceksonla evli olub və onun “You are not alone” adlı klipində rol oynayıb.
Ancaq onların evliliyi il yarım davam edib (1994-1995).
Presli bu həftə “Qızıl Qlobus” Mükafatlarının təqdimetmə mərasiminə qatılmışdı. Tədbirdə Elvis Preslinin həyatından bəhs edən “Elvis” (2022) filmində oynayan aktyor Ostin Batler “dram filmində ən yaxşı kişi rolu”na görə mükafat almışdı.
Mənbə: TMZ
Rəylər