Bir neçə həftə əvvəl Keyt Middlton ağır əməliyyat keçirib və hazırda evində sağalır.
Bu barədə Bukingem Sarayından xəbər verilib.
Bildirilir ki, bununla əlaqədar şahzadə yaza qədər vəzifələrinə qayıtmayacaq. Hazırda o, ailəsi ilə birlikdə Norfolkdakı “Anmer Hall” malikanəsinə köçüb.
Ailəyə yaxın mənbədən bildirilib ki, Şahzadə Uilyam Keytin yanından ayrılmır. O, həyat yoldaşının olduğu evdə hər kəsə ciddi qaydalar müəyyən edib. Bundan başqa uşaqlarının bütün məsuliyyətini öz üzərinə götürüb, onlara hər hansı şəkildə analarını narahat etməyi qəti qadağan edib.
“Uilyam həqiqətən gözəl atadır. O, uşaqlara hazırda analarının dincliyə ehtiyacı olduğunu deyib, çox səs salmamağı və səs-küylü oyunlardan imtina etməyi tapşırıb. Ancaq beş yaşlı Lui bəzən unudur ki, Keyti itələmək olmaz, halbuki bu vacib bir qaydadır”, - deyə mənbədən vurğulanıb.
Xatırladaq ki, yanvar ayında Middlton qarın boşluğundan əməliyyat olunmuşdu. Həmin vaxt da reabilitasiya müddətində uşaqlarının ona baş çəkməsinə icazə verilmirdi.
Middltonu Londonun özəl klinikasında yalnız əri şahzadə Uilyam ziyarət edə bilərdi. Cütlüyün üç övladı - şahzadə Corc, şahzadə Şarlotta və şahzadə Lui anaları ilə yalnız onlayn ünsiyyət qura bilirdilər.
Mənbə: Championar.com