Robotexnika sürətlə inkişaf etməyə davam edir. Hazırda robotlar təkcə mürəkkəb tapşırıqları yerinə yetirmirlər, həm də insanın mimika və hərəkətlərini də kopyalaya bilirlər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.
Bildirilib ki, bu insanı rəqəmsallaşdırmağa və onun xarakterik xüsusiyyətlərini robota ötürməyə imkan verən ən yeni biometrik modul sayəsində mümkün olub.
İnsanın rəqəmsallaşdırılması prosesi üzün skanlanması, mimika və hərəkətlərin təhlili, həmçinin ətraflı 3D modelinin yaradılmasını əhatə edir. Əldə edilən məlumatlar daha sonra robotun biometrik moduluna yüklənir ki, bu da onların əsasında konkret insanın unikal cəhətlərini təkrar edə bilir.
Robotexnika sürətlə inkişaf etməyə davam edir. Hazırda robotlar təkcə mürəkkəb tapşırıqları yerinə yetirmirlər, həm də insanın mimika və hərəkətlərini də kopyalaya bilirlər.