İndoneziyada ölkənin ən aktiv vulkanlarından birinin kraterinin içərisindəki vəziyyəti göstərən unikal görüntülər qeydə alınıb.
Oxu.Az-ın "Svejesti" "Telegram" kanalına istinadla verdiyi məlumata görə, kadrlar Şimali Maluku əyalətinin Halmahera adasında yerləşən Dukono vulkanından çəkilib.
Bildirilir ki, nadir kadrlar alimlərə və digər maraqlı tərəflərə vulkanın püskürmə "nəbzini" görməyə imkan verib.
"Elm adamları bu videonun sayəsində püskürmədən əvvəl Dukonun daxilində baş verən prosesləri daha yaxşı anlaya biləcəklər" , - deyə məlumatda vurğulanır.
Alimlərin sözlərinə görə, bu görüntülər gələcək püskürmələri daha dəqiq proqnozlaşdırmağa və əhalini təhlükə barədə vaxtında xəbərdar etməyə imkan verəcək.
İndoneziyada ölkənin ən aktiv vulkanlarından birinin kraterinin içərisindəki vəziyyəti göstərən unikal görüntülər qeydə alınıb.