Suraxanı Rayon Polis İdarəsinə rayon ərazisində standartlara cavab verməyən yuyucu vasitələr hazırlayan sexin fəaliyyət göstərdiyi barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı həmin sexin sahibi 1987-ci il təvəllüdlü Ramiz Kojayev saxlanılıb. Onun Suraxanı rayonu Bülbülə qəsəbəsindəki sexində müxtəlif əmtəə nişanları adı altında qabyuyan maye, sabun, ağardıcı və digər bu tipli təmizləyici vasitələr istehsal etdiyi müəyyən edilib.
Həmçinin obyektdə sanitar-gigiyena qaydalarına riayət edilmədiyi, istehsalı aparılan məhsulların müvafiq standartlara cavab vermədiyi və istehlakçıların hüquqlarının qorunmasına dair tələblərin pozulduğu aşkarlanıb.
Toplanmış material üzrə Suraxanı Rayon Polis İdarəsində istintaq araşdırmaları davam etdirilir.
Suraxanı Rayon Polis İdarəsinə rayon ərazisində standartlara cavab verməyən yuyucu vasitələr hazırlayan sexin fəaliyyət göstərdiyi barədə məlumat daxil olub.
Rəylər