Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Qurtuluş 93"ün sahibinə AĞIR CƏZA
"Qurtuluş 93" Mənzil-İstismar Kooperativinin sədri Hüseyn Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi il keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Hüseyn Əsgərov 12 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Hüseyn Əsgərovun həmin vəzifədə işləyərkən "Birlik-İnşaat" MMC tərəfindən inşa edilən yaşayış binasındakı satılmış mənzilləri saxta sənədlərin tərtib edilməsi yolu ilə başqa şəxslərə sataraq ümumilikdə 166 min manatdan artıq pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Hüseyn Əsgərova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Həyat yoldaşını öldürmək istəyən kişi 14 il cəza aldı
- "Şikəst olduğum üçün mənimlə yaşamaqdan imtina etdi" - "Motodrom"dakı dəhşətli qətlin TƏFƏRRÜATI
- Keçmiş rəis müavini və onunla birgə ittiham olunan iki nəfərin YARIM MİLYONLUQ CİNAYƏT İŞİ
- Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakimlər ezam edildilər
- Əhməd Əhmədovla bağlı çıxarılan hökm qüvvəyə mindi - Heç kəs şikayət verməyib
Rəylər