Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Şikəst olduğum üçün mənimlə yaşamaqdan imtina etdi" - "Motodrom"dakı dəhşətli qətlin TƏFƏRRÜATI
2023-cü il noyabrın 2-də Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə gələn Qədir Qasımov qeyri-rəsmi münasibətdə olduğu Zülfiyyə Xamoyevanı öldürdüyünü bildirərək növbətçiyə bıçağı təqdim edib.
Hadisə "Motodrom" massivində yerləşən nömrəsiz evdə baş verib.
Pilləkənlərin üzərində 37 yaşlı Zülfiyyə Xamoyevanın meyiti aşkarlanıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, onun ölümünə sağ və sol ağciyərlərin zədələnməsindən yaranan kəskin qanitirmə səbəb olub.
Hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci - qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb.
İş üzrə dindirilmiş Qədir Qasımov bildirib ki, Zülfiyyə Xamoyeva ilə 16 il qeyri-rəsmi ər-arvad kimi yaşayıb. 2010-cu ildə oğulları Hüseyn, 2013-cü ildə isə qızları Şəbnəm dünyaya gəlib. Bakının müxtəlif yerlərində kirayədə qalıblar. Arvadı onun şikəst və vərəm xəstəsi olduğunu bildirərək birgə yaşamaqdan imtina edib. Zülfiyyənin restoranda işlədiyini biləndən sonra onu öldürmək qərarına gəlib.
Zərərçəkmiş şəxsin hüquqi varisi Qələm Əzizova bildirib ki, qızı Zülfiyyə Nərimanov rayonunda yerləşən restoranda qabyuyan işləyib, Qədir isə bunu istəməyib. Aralarında tez-tez mübahisə yaranıb. Qədir hər gün spirtli içki qəbul edib, hadisə günü də o içkili olub.
Şahid Hüseyn Xamoyev bildirib ki, noyabrın 2-də atası bıçağı götürüb evdən çıxıb. Haraya getdiyini soruşduqda atası "ananı öldürməyə gedirəm" deyərək gülüb. Atası əvvəllər bir neçə dəfə zarafatla bu cür sözlər söylədiyi üçün onun yenə zarafat etdiyini düşünüb. Saat 07:30-da atası evə qayıdıb, onu yuxudan oyadıb. Ona "ananı öldürmüşəm, get bax, mən də polisə gedirəm" deyib. O, dərhal yerindən qalxıb, xalasının yaşadığı evə gedib. Ora çatanda, həyətdə anasının meyitini görüb.
Məhkəmə prosesində Qədir Qasımov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını 7 il ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Qədir Qasımov 18 il müddətinə azadlıqdan məhrum olunub.
Daha ətraflı Baku TV-nin süjetində:
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Keçmiş rəis müavini və onunla birgə ittiham olunan iki nəfərin YARIM MİLYONLUQ CİNAYƏT İŞİ
- Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakimlər ezam edildilər
- Əhməd Əhmədovla bağlı çıxarılan hökm qüvvəyə mindi - Heç kəs şikayət verməyib
- Bakıda kişi küçədə arvadını 35 bıçaq zərbəsi ilə ÖLDÜRDÜ: Ana oğluna haqq qazandırdı
- İki ildən artıq məhkəməsi davam edən türkiyəli iş adamına ağır cəza istənildi
Rəylər