Qubada ər həyat yoldaşını qətlə yetirib.
Hadisə rayonun Mahmudqışlaq kəndində baş verib. 24 yaşlı kənd sakini Rəvanə Güliyeva həyat yoldaşı 26 yaşlı Elşad Güliyev tərəfindən qətlə yetirilib.
Mərhumun atası qızının 6 il əvvəl ailə qurduğunu, bir neçə ay əvvəl həyat yoldaşından ayrılmaq istədiyi üçün ata evinə gəldiyini bildirib.
“Oğlan özündə deyildi, ona görə olub”, - deyə mərhumun atası qeyd edib.
Hadisədən sonra E.Güliyev könüllü olaraq polisə təslim olub. Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Daha ətraflı Baku TV-nin süjetində:
Qubada ər həyat yoldaşını qətlə yetirib.Hadisə rayonun Mahmudqışlaq kəndində baş verib. 24 yaşlı kənd sakini Rəvanə Güliyeva həyat yoldaşı 26 yaşlı Elşad Güliye...
10:40
Qubada baş verən qətlin bəzi təfərrüatı məlum olub.
Bizim.media-nın əldə etdiyi məlumata görə, hadisə mərhum Rəvanə Güliyevanın ata evində - Zərqova İnzibati Ərazi Dairəsinin Mahmudqışlaq kəndində baş verib.
Bir müdddətdir ərinin pis vərdişlərinə görə ondan ayrılmaq istəyən Rəvanə Güliyeva ata evinə gəlib. Qadın boşanmaq üçün Quba Rayon Məhkəməsinə müraciət edib.
Bundan xəbər tutan onun əri Elşad Güliyev durumdan narazı olub və ondan ərizəni geri götürməsini tələb edib. Onun razılaşmadığını görəndə E.Güliyev bu gecə yaşadığı Xucbala kəndindən qaynatasıgilə gəlib.
Hadisə vaxtı Rəvanə Güliyevanın atası Vasif işdə gecə növbəsində olduğundan qadın evdə azyaşlı uşağı ilə tək olub. Evə daxil olan Elşad Güliyev Rəvanə ilə mübahisə edib və mübahisələri qanlı olayla bitib.
Hadisədən sonra Elşad Güliyev Rəvanənin qardaşıgilə gedib və ona bacısını öldürdüyünü deyib. O, Quba Rayon Polis Şöbəsinə də törətdiyi qətl barədə qaynıgildən xəbər verib və polis əməkdaşlarına könüllü təslim olub. Qeyd edək ki, mərhum Rəvanə Güliyevanın anası vəfat edib və o, bir müddətdir, ata evində qalıb.
08:32
İyulun 25-də saat 6 radələrində Quba rayonunun Mahmudqışlaq kəndində yerləşən evlərdən birində 1999-cu il təvəllüdlü Rəvanə Güliyevanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Quba Rayon Prokurorluğu məlumat yayıb.
İlkin araşdırma zamanı 1997-ci təvəllüdlü Elşad Güliyevin qısqanclıq zəminində arvadı Rəvanə Güliyevaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Elşad Güliyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
Fakta görə Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
07:58
İyulun 25-də saat 3 radələrində Quba rayonu Mahmudqışlaq kəndində evlərin birində 1999-cu il təvəllüdlü Rəvanə Vasif qızı Güliyevanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1997-ci təvəllüdlü Elşad Akif oğlu Güliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Rəylər