Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Narkotik daşımaq üçün avtomobil kirayələdi, yolda özünü ələ verdi
Narkotik vasitənin təsiri altında sükan arxasına əyləşən sürücünün kirayələdiyi avtomobillə narkotik daşıdığı məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsinin Ələt-Astara yolu üzərində yerləşən stasionar postunda KIA markalı avtomobilin sürücüsü Yol-Patrul Xidməti (YPX) əməkdaşının "Saxla" işarəsinə əhəmiyyət verməyərək hərəkətini davam etdirib. YPX Alayının əməkdaşları tərəfindən görülən tədbirlərlə tabesizlik göstərən sürücü - Lənkəran rayon sakini Faiq İsayev saxlanılıb.
Araşdırma zamanı F.İsayevin avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi və kirayələdiyi avtomobildə narkotik vasitə daşıdığı müəyyən olunub. Belə ki, avtomobilə baxış zamanı oradan ayrı-ayrı qablaşdırılmış, ümumi çəkisi iki kiloqrama yaxın olan narkotik vasitə aşkarlanaraq götürülüb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi məqsədilə avtomobil kirayələyən F.İsayev aidiyyəti üzrə ərazi polis orqanına təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- On ayda narkotiklə bağlı 8108 cinayət faktı aşkarlanıb
- Yeddi min manatlıq cəriməsi olan sürücü HƏBS EDİLDİ
- Doqquz ayda narkotikin aşırı dozası nəticəsində neçə nəfər vəfat edib?
- Narkotik satmaqda ittiham olunan tiktokerin məhkəməsi keçirildi
- Meşədə narkotik vasitə yetişdirən keçmiş məhkumlar saxlanıldılar
Rəylər