Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Maskalı şəxslər mülkə basqın edib ev sahibinə xəsarət yetiriblər
İyunun 23-ü gecə saatlarında Buzovna qəsəbəsində bir evin həyətinə girən 2 maskalı şəxs ev sahibinə kəsici alətlə xəsarət yetirərək onun mobil telefonunu oğurlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Qeyd edilib ki, daxil olan məlumatla əlaqədar Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü R.H. və 1984-cü il təvəllüdlü C.Ə. müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
"Soyğunçuluq hadisəsi" teqi üzrə xəbərlər
- Əvvəl üzr istədi, sonra bıçaqla hücum etdi - Rusiyada mağazadan şok görüntülər
- Bir qutu siqaretə görə 3.5 il həbsdə yatacaq
- Yük qatarının amerikasayağı qarəti
- Məhkəmə qazini girov götürən dəstə üzvləri ilə bağlı qərar çıxardı
- Dörd tələbəyə qarşı quldurluq edən keçmiş məhkum hakim qarşısına çıxarıldı
Ən çox oxunanlar
Rəylər