Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bayram Kürdəxanlının “narkotik işi” məhkəmədə
İş artıq yekunlaşıb. Yəqin ki, bu yaxınlarda məhkəməyə veriləcək. Amma Bayram ona qarşı sürülən ittihamla razılaşmır.
Oxu.Az xəbər verir ki, bu sözləri lent.az-a açıqlamasında meyxanaçı Bayram Kürdəxanlının anası Səkinə Quliyeva deyib.
S.Quliyeva sentyabrın 11-də Bayram Kürdəxanlı haqda seçilmiş həbs-qətimkan tədbirinin 1 ay müddətinə uzadıldığını da əlavə edib: “Bayramı iyulun 12-də toy adı ilə “Nilufər” şadlıq sarayının qarşısına çağırıblar. Orda da polislər qəfildən qollarını burub idarəyə aparıb. Yenə deyirəm, Bayram ona qarşı irəli sürülən ittihamı qəbul etmir. Sentyabrın 11-də keçirilmiş məhkəmədə də günahsız olduğunu dedi”.
Qeyd edək ki, iyulun 12-də Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılmış Bayram Kürdəxanlı barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Tanınmış meyxanaçı ilkin ifadəsində narkotik vasitə istifadəçisi olduğunu, lakin onun alqı-satqısı ilə məşğul olmadığını deyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə iş başlanıb.
Rəylər