Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakıda özünü asan iş adamı ilə bağlı YENİ TƏFƏRRÜAT: "Qardaşı pəncərəni qırdı…"
Paytaxtın Nəsimi rayonu Alı Mustafayev küçəsi, 11 ünvanında baş verən intihar hadisəsinin bəzi təfərrüatı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, əslən Biləsuvar rayonundan olan, 1979-cu il təvəllüdlü Sədi Zöhrablı özünü kəndirlə asıb.
Hadisə yerinə ilk olaraq qardaşının gəldiyi bildirilib. O, pəncərəni qıraraq qapını açıb, qardaşını kəndirdən azad edib.
Qeyd edilib ki, "Atasığorta" şirkətinin "Memar Əcəmi" filialının rəhbəri olan S.Zöhrablı ailəli olub və üç övladı var.
Məlumat üçün bildirək ki, Sədi Zöhrablının atası Fail Məmmədov Əməkdar həkimdir.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
Məhərrəm Əliyev
Bakıda intihar hadisəsi baş verib.
"Qafqazinfo"nun məlumatına görə, paytaxtın Nəsimi rayonu ərazisində 1979-cu il təvəllüdlü Sədi Zöhrablı icarəyə götürdüyü obyektdə canına qəsd edib.
Məlumata görə, S.Zöhrablı "Atasığorta" şirkətində departament direktorudur.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
Rəylər