"Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunan iki şəxsə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu təyin olunub və onlar dərhal əməliyyata alınıblar".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
"Oktyabrın 25-də saat 14:30-da 2007-ci il və 2008-ci il təvəllüdlü şəxslər (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunublar.
Hər iki şəxsə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu təyin olunub və onlar dərhal əməliyyata alınıblar.
Cərrahi əməliyyatdan sonra yaralılar tibb müəssisəsinin Cərrahi profilli reanimasiya şöbəsinə yerləşdiriliblər. Vəziyyətləri ağır stabil qiymətləndirilir".
"Oktyabrın 25-də dərsdənkənar vaxtda - saat 14:10-da məktəbdənkənar ərazidə 322 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdinə (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) xəsarət yetirilməsi haqqında məlumat daxil olub".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Təhsil İdarəsindən bildirilib.
"Dərhal şagirdin xəstəxanaya aparılması üçün müvafiq tədbirlər görülüb və valideynə məlumat verilib.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldığını nəzərə alaraq, ictimaiyyətin bu mövzuda daha həssas davranması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur", - cavabda qeyd olunub.
"Hadisəni törətməkdə şübhəli bilinən F.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib.
"Oktyabrın 25-də günorta saatlarında Xəzər rayonu Buzovna qəsəbəsində 16 və 17 yaşlı iki nəfərə naməlum şəxs tərəfindən kəsici alətlə xəsarət yetirilməsi və onların xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən F.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisənin orta məktəbdə baş verməsi haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir".
"Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunan iki şəxsə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu təyin olunub və onlar dərhal əməliyyata alınıblar".
"Sözügedən hadisə məktəbdən kənarda baş verib".
Oxu.Az xəbər verir ki, bu sözləri 322 nömrəli tam orta məktəbin adının açıqlanmasını istəməyən əməkdaşı bildirib.
"Bəli, 11-ci sinif şagirdi bıçaqlanıb. Biz də bunu eşitmişik. Amma hadisə məktəbdən kənarda baş verib".
Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) və Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanlanıb.
Aygün Mirakif
Bakıda Xəzər rayonu, Buzovna qəsəbəsi yerləşən 322 nömrəli orta məktəbdə bıçaqlanma hadisəsi olub.
Bizim.Media-ya daxil olan məlumata görə, 11-ci sinif şagirdi məktəbin həyətində bıçaqlanıb.
Hadisə şahidləri qan içində olan şagirdin təcili yardım maşını ilə xəstəxanaya çatdırıldığını görüblər.
Hələlik şagirdin kim tərəfindən bıçaqlanması və vəziyyətinin necə olması barədə məlumat yoxdur.
Rəylər