Mayın 16-da Bakı şəhər sakini olan bir nəfərin dələduzluq yolu ilə 150 000 manatının alınması barədə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Taleh Süleymanov və əvvəllər məhkum olunmuş Fariz Aslanov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.