Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Astarada 77 yaşlı tibb bacısını öldürənlərdən ikisi qonşusudur - TƏFƏRRÜAT + FOTO/VİDEO + YENİLƏNİB
Astara rayonunun Kakalos kənd sakini, 77 yaşlı Zeynəb Məmmədovanın qətlə yetirilməsi hadisəsi ilə bağlı bəzi təfərrüat məlum olub.
“Report”un əldə etdiyi məlumata görə, hadisə noyabrın 10-da günorta saatlarında baş verib.
Qətldə şübhəli bilinərək saxlanılan Elmir Ətrafil oğlu Məmmədov, əvvəllər məhkum olunmuş Vüsal Zaid oğlu Əkbərov və Şəmkir rayon sakini Bəhruz Rəşid oğlu Süleymanov evə oğurluq məqsədilə daxil olublar. Z.Məmmədova həmin evdə tək yaşayıb.
Ehtimal edilir ki, qadın həmin vaxt evdə olmayıb, amma bir qədər sonra geri qayıdıb və mənzildə oğrularla qarşılaşıb.
Məlumata görə, qadın işgəncələrlə öldürülüb. Belə ki, onun qolları, ayaqları bağlanıb, üzərində olan qızıl-zinət əşyaları götürülüb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxslərdən ikisi - E.Məmmədov və V.Əkbərov öldürdükləri qadınla qonşu olublar.
Qeyd edək ki, Z.Məmmədova tibb bacısı olub.
12:09
Astarada 1946-cı il təvəllüdlü Zeynəb Məmmədovanı qətlə yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən Astara rayon sakinləri 1983-cü il təvəllüdlü Elmir Ətrafil oğlu Məmmədov, 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Vüsal Zaid oğlu Əkbərov və Şəmkir rayon sakini, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Bəhruz Rəşid oğlu Süleymanov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Z.Məmmədova tibb bacısı olub.
Rəylər