Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbdə azyaşlının idman zalında məşqçi tərəfindən döyülərək öldürülməsi xəbəri iki gündür ölkənin gündəmini silkələyib.
Valideynləri onu daha sağlam olması, uğur qazanması üçün idman məşqlərinə yazdırıblar. Amma azyaşlı, idman müəlliminin vəhşiliyinin, idmanla zorakılığı ayıra bilməməsinin qurbanı olub. Videoda idmançı Mehman Xəlilov sambo məşqləri zamanı 7 yaşlı Fəridə qarşı amansız hərəkətlər edib, uşaq ayağa qalxa bilməyəcək vəziyyətdə olsa belə, müəllim qəddarcasına uşağa məşqə davam etməsi üçün təzyiq göstərib. Uşağın ağır zədə almağına laqeyd yanaşıb.
Vəziyyəti kritik həddə çatan azyaşlı Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılsa da, orada vəfat edib. Azyaşlıya zorakılıq göstərən Mehman Xəlilov 2019-cu ildə Minskdə keçirilən İkinci Avropa Oyunlarında sambo idman növü üzrə bürünc medal qazanıb. O, həmçinin digər yerli və beynəlxalq yarışlarda da yüksək nəticələr göstərib. Bir müddət Mehman Xəlilovla birlikdə çalışan sambo üzrə Avropa çempionu Cavidan Qarayev deyir ki, valideynlər övladlarını idman məşqlərinə qoyarkən müəllimi araşdırmırlar.
Daha ətraflı reportajda:
Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbdə azyaşlının idman zalında məşqçi tərəfindən döyülərək öldürülməsi xəbəri iki gündür ölkənin gündəmini s...
Rəylər