Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Xorvatiyanın iqtisadiyyat və davamlı inkişaf naziri Damir Habijan ilə görüşdə iqtisadi əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.
Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun Xorvatiyanın iqtisadiyyat və davamlı inkişaf naziri Damir Habijan ilə görüşündə iki ölkə arasında iqtisadi münasibətlərin inkişaf etdiyini vurğulanıb.
Qeyd edilib ki, əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndirilməsi üçün məqsədyönlü təşəbbüslər həyata keçirilir. Qarşılıqlı işgüzar səfərlər, biznes dairələri arasında əlaqələrin genişlənməsi iqtisadi-ticarət əlaqələrinin güclənməsinə töhfə verir. Ölkələrimiz arasında ticarət əlaqələri inkişaf edir. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə, 2024-cü ilin yanvar ayında ticarət dövriyyəsi 4 dəfəyə yaxın artıb. Xorvatiya ilə ticarət, investisiya, sənaye, bərpa olunan enerji, minatəmizləmə, turizm və digər istiqamətlər üzrə tərəfdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanlar var.
Görüşdə Azərbaycanın əlverişli işgüzar mühiti, investorlar üçün yaradılmış imkanlar, işğaldan azad olunmuş ərazilərimizin biznes potensialı haqqında məlumat verilib, xorvatiyalı sərmayədarlar ölkəmizdəki biznes fürsətlərindən yararlanmağa dəvət edilib.
Xorvatiyanın iqtisadiyyat və davamlı inkişaf naziri Damir Habijan ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrin inkişafına önəm verdiyini, tərəfdaşlığın gücləndirilməsi istiqamətləri barədə fikirlərini qeyd edib. Vurğulanıb ki, enerjinin Avropa bazarlarına çatdırılması üçün həyata keçirilən layihələr Azərbaycanın etibarlı enerji təchizatçısı kimi rolunu artırır.
Tərəflər iqtisadi əlaqələrin genişləndirilməsi, birgə investisiyaların və ticarətin təşviqi, alternativ enerji və sənaye üzrə əməkdaşlıq, həmçinin işgüzar dairələr arasında işbirliyinin gücləndirilməsi məsələlərini nəzərdən keçiriblər.
17:07
İqtisadiyyat naziri Mikayıl Cabbarov Xorvatiyanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Damir Habiyan ilə görüşüb.
Bu barədə M.Cabbarov öz “X” hesabında paylaşım edib.
“Görüşdə ikitərəfli iqtisadi əlaqələrin prioritetlərini nəzərdən keçirdik”, - deyə nazir qeyd edib.
Xorvatiyanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Damir Habiyan ilə görüşdə ikitərəfli #iqtisadi əlaqələrin prioritetlərini nəzərdən keçirdik:
— Mikayil Jabbarov (@MikayilJabbarov) March 13, 2024
- Birgə investisiyaların və #ticarət-in təşviqi;
- #Alternativenerji və #sənaye sahələrində əməkdaşlığın dəstəklənməsi;
- İşgüzar… pic.twitter.com/45cR22ahdF