Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndiriləcək
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında Sərəncam imzalayıb.
Bu barədə President.az xəbər verir.
Sərəncama görə, "Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 12 aprel tarixli 3843 nömrəli Sərəncamının icrası ilə əlaqədar, Nazirlər Kabineti Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Sumqayıt şəhərinin inzibati ərazisində yerləşən və bu sərəncama əlavə olunan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tərtib etdiyi yerquruluşu planlarında göstərilmiş, dövlət mülkiyyətinə aid 29,63 hektar (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azərikimya" İstehsalat Birliyinin istifadəsində olan 26,86 hektar və həmin torpaq sahəsinə bitişik 2,77 hektar) torpaq sahəsinin icarəyə vermək hüququ ilə həmin Nazirliyin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin istifadəsinə verilməsi ilə bağlı iki ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Sərəncamdan irəli gələn digər məsələlərin həlli də Nazirlər Kabinetinə həvalə olunub.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Sumqayıt Şəhər İcra Hakimiyyətinə sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev azərbaycanlı professoru təltif etdi
- Azərbaycanda bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələr yaradılır - QANUN
- Politoloq: "Kəlbəcərin döyüşsüz azad olunması Azərbaycanın siyasi, hərbi və iqtisadi qələbəsidir"
- İlham Əliyev surinamlı həmkarına məktub göndərib
- Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədrini təbrik edib