Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Milli Məclisə yeni avtomobillər alınıb
"Milli Məclisə xaricdən gələn qonaqların sayı ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb".
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il üçün xərclər smetası"nın müzakirəsi zamanı Milli Məclisin İşlər müdiri Firudin Hacıyev deyib.
İşlər müdiri bildirib ki, 2024-cü ilin xərclər smetasında nəzərdə tutulmuş vəsait hesabına 2024-cü ildə deputatların işinin səmərəliliyini artırmaq məqsədilə 2006-2009-cu illərdə plenar iclas salonunda quraşdırılmış kompüterlər planşetlə əvəzlənib:
"Bundan başqa, Milli Məclisin avtomobil parkının yenilənməsi məqsədilə yeni avtomobillər alınıb. Milli Məclisin maşın zalında, avtoparkda, iclas salonlarında tələb olunan təmir işləri bu gün də davam etməkdədir".
"Milli Məclis" teqi üzrə xəbərlər
- Bəzi sahələr üzrə ödənişi nağd qəbul edənlər cərimələnəcəklər
- Nazir: "İşləməyib əlil olan vətəndaş pensiya sisteminə daxil edilməyəcək"
- Azərbaycanda müharibə iştirakçılarının qruplaşdırılması təklif olunur
- Spiker Sahibə Qafarova deputatlara irad bildirib
- Azərbaycanla iki ölkə arasında viza rejimi qismən ləğv olunur