"Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında güləşçilərimiz 3 qızıl medal qazandılar. Eldəniz Əzizli tarixi uğura imza ataraq, Azərbaycan güləşinin ilk 4 qat dünya çempionu oldu".
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" hesabında bildirib:
"Nihat Məmmədli və Ülvü Qənizadə isə karyeralarında ilk dəfə dünya çempionatında qalib gəldilər. Yunan-Roma güləşi üzrə millimiz titulunu qorudu və ikinci dəfə komanda hesabında dünya çempionu oldu. Tarixi uğurlar münasibətilə güləşçilərimizi, onların valideynlərini və məşqçilərini təbrik edirik".
#Albaniya-nın paytaxtı Tiranada keçirilən dünya çempionatında #güləş-çilərimiz 3 qızıl medal qazandılar.
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 4, 2024
Eldəniz Əzizli tarixi uğura imza ataraq, #Azərbaycan güləşinin ilk 4 qat dünya çempionu oldu. Nihat Məmmədli və Ülvü Qənizadə isə karyeralarında ilk dəfə #dünyaçempionatı-nda… pic.twitter.com/0qyoYo9V4N