Azərbaycanda dövlət müəssisələrinin dividend ödənişləri üzrə proqnozun artırılmasının səbəbi məlum olub.
"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, artım Dövlət Neft Şirkətinin (SOCAR) dividend ödənişi üzrə proqnozun 54 milyon manat və yaxud 13,2% artırılaraq 462 milyon manata çatdırılması ilə bağlıdır.