Şuşa şəhəri ətrafında yaradılan Daşaltı Dərin Quyu seysmik stansiyasında işlərin birinci mərhələsi çərçivəsində seysmik stansiyanın müşahidə məntəqəsi üçün 100 metr dərinlikdə quyu qazılıb və polad borularla mühafizə olunub.
Bu barədə Oxu.Az Türkiyə Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Halların İdarə olunması Zəlzələ və Risklərin azaldılması İdarəsinə (AFAD) istinadən xəbər yayır. Məlumata görə, quyuya iki yüksək həssaslıqlı zəlzələ sensorları yerləşdirilib. Sensorlar həm yer sürətini, həm də yer səthinin titrəyişini qeydə ala bilir. Həmçinin sensorlar, hətta səthi səs-küy olmadan yüksək dəqiqlikli mikrovibrasiyaları qeydə alır.
Vurğulanır ki, bundan sonrakı mərhələdə isə stansiyanın ətrafında xidməti-texniki infrastrukturun yaradılması, stansiya ətrafında istinad divarlarının hörülməsi və s. texniki işlər həyata keçiriləcək.
🇹🇷🇦🇿
— AFAD (@AFADBaskanlik) July 24, 2024
Yurtdışındaki ilk derinkuyu deprem gözlem istasyonumuz, dost ve kardeş ülke Azerbaycan’ın Şuşa şehrinde faaliyete başladı.#AFAD Başkanlığımız ve Azerbaycan Milli İlimler Akademisi iş birliği ile tamamlanan gözlem istasyonu ile dünyanın her noktasında meydana gelen… pic.twitter.com/jfkJzWMwE5
Rəylər