Şuşada 8 Noyabr - Zəfər Günü münasibətilə atəşfəşanlıq olub.
Oxu.Az xəbər verir ki, atəşfəşanlıqdan öncə şəhərdə bayram münasibətilə konsert proqramı təşkil olunub.
İncəsənət xadimlərinin çıxış etdikləri konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.
Şuşa şəhərində 8 Noyabr - Zəfər Günü münasibəti ilə hərbçilərin yürüşü keçirilib.
"Report"un Qarabağ bürosu xəbər verir ki, şəxsi heyət hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən edilən marşrutlar üzrə yürüş edib.
Şəhərin mərkəzindən başlayan bayram yürüşündə yerli ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, o cümlədən gənclər və tələbələr də iştirak ediblər.
Zəfər yürüşü qala divarlarının yanında başa çatıb.
Dörd il əvvəl - 2020-ci il noyabrın 8-də Qüdrətli Ordumuz xüsusi şücaət göstərərək Şuşa şəhərini işğaldan azad edib və şanlı tarix yazıb.
Prezident İlham Əliyevin Sərəncamı ilə noyabrın 8-i Zəfər Günü elan edilib.
Hazırda şuşalılar Zəfər Gününü qeyd edirlər.
Daha ətraflı Baku TV-nin materialında:
Şuşada 8 Noyabr - Zəfər Günü münasibətilə atəşfəşanlıq olub.