Türkiyə yığmasının üzvü Merih Demiral Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında "bozqurd" işarəsi göstərməsinə aydınlıq gətirib.
Məlumata görə, 26 yaşlı oyunçu türk olduğu üçün qürur duyduğunu və növbəti qollar zamanı da bu cür sevinməyə davam edəcəyini bildirib:
"Daha əvvəl tribunalarda da belə bir əl hərəkəti görmüşdüm. Türk olmaqdan qürur duyuram və bunu hər dəfə dilimə gətirməkdən çəkinmirəm. Qol sevincini də bu səbəbdən həmin əl işarəsi ilə qeyd etdim. Düşünürəm ki, hər şey normaldır. Azarkeşlərimiz bizimlə fəxr edirlər. İnşallah, alınsa, yenə bu cür sevinməyə davam edəcəyik".
Qeyd edək ki, UEFA futbolçunun hərəkətinə görə araşdırmaya başlayıb. Yekun qərarın yaxın zamanda açıqlanacağı gözlənilir.
Mənbə: Sporx.com
UEFA Merih Demiralın Avstriya ilə oyunda qolunu qeyd edərkən etdiyi hərəkət səbəbilə ona qarşı araşdırma başladıb.
Məlumata görə, Merih Demiralın AVRO-2024-də Avstriya millisinə vurduğu qolu qeyd edən zaman "boz qurd" işarəsini göstərməsi birmənalı qarşılanmayıb.
UEFA-dan futbolçunun qolu qeyd edərkən göstərdiyi bu işarənin qadağan olduğunu bildirilib. Həmin hərəkət Almaniya və Avstriyada reaksiyalara səbəb olub.
"Sky News"un müxbiri Rob Harris yazıb ki, istintaq "uyğunsuz davranış" maddəsi ilə başlayıb.
Rəylər