Futbol üzrə Türkiyə Superliqasında onuncu tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, turun bağlanış oyunu İstanbul derbisi ilə əlamətdar olub.
Çempion "Qalatasaray" öz meydanında "Beşiktaş"ı qəbul edib.
Hesabı 13-cü dəqiqədə "cim-bom"lu Sançes açıb. 67-ci dəqiqədə Osimhen fərqi artırıb. "Ağ-qaralar" bu qollardan yalnız birinin əvəzini çıxmağı bacarıblar - 2:1.
Qeyd edək ki, hazırda "Qalatasaray" 28 xalla turnir cədvəlinə başçılıq edir. Bir oyun az keçirən "Beşiktaş" isə 20 xalla 4-cü pillədə qərarlaşıb.
Futbol üzrə Türkiyə Superliqasında onuncu tura yekun vurulub.
Rəylər