Türkiyə Super Liqasında 29-cu tura start verilib.
Oxu.Az xəbər verir ki, turun açılış matçında lider “Qalatasaray” öz meydanında “Çaykur Rizespor”u qəbul edib.
Ev sahibləri qonaqları darmadağınla yola salıblar - 6:2.
Bu nəticədən sonra Okan Burukun yetirmələri 78 xalla turnir cədvəlinə başçılıq edirlər. “Aslanlar” ən yaxın izləyicisi “Fənərbağça”dan bir oyun artıq keçirməklə onu beş xal qabaqlayırlar. Rize klubu isə 39 xalla yeddincidir.