"Real Madrid"in gənc ulduzu Arda Gülər karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Oxu.Az "Planeta"ya istinadən xəbər verir ki, türkiyəli yarımmüdafiəçi "Bayer Leverkuzen"in diqqət mərkəzindədir.
Son çempion Ardanı heyətinə qatmaqda israrlıdır. Alonsonun məsələ ilə bağlı Madrid təmsilçisinə zəng etdiyi də bildirilir.
Qeyd edək ki, Arda Güler 2024/25 mövsümündə "Kral" klubunun heyətində 11 matçda cəmi 292 dəqiqə meydana çıxıb.
Rəylər