Azərbaycan Premyer Liqasının lideri "Qarabağ" mövsümdə ilk heç-heçəsinə imza atıb.
Oxu.Az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri uzun fasilədən sonra qolsuz bərabərliyə imza atıblar.
Bu, XII turun "Turan Tovuz"la səfər görüşünə təsadüf edib.
Ağdam klubunun 0:0 hesablı heç-heçə etməsi sonuncu dəfə təxminən iki il əvvəl qeydə alınıb. Bu, 2022-ci il noyabrın 28-də "Zirə" ilə ev matçında yaşanıb. "Qarabağ" ardıcıl 67 görüşündə ən azı bir qol sevinci yaşayıb.
Bu, ölkə çempionatları tarixində 2-ci belə seriyadır. 0:0 hesabı olmadan keçirilən oyun sayında rekord "Şahdağ Qusar"a məxsusdur. Bölgə təmsilçisi texniki nəticələr nəzərə alınmadan ardıcıl 95 matçlıq seriyaya malikdir. 3-cü göstəriciyə malik "Şamaxı"nın hesabında 59 oyunluq seriya var.
Rəylər