"Qalatasaray" futbolçusu Yunus Akgünlə müqaviləni uzatmaq və maaşını ikiqat artırmaq istəyir.
Oxu.Az xəbər verir ki, İstanbul təmsilçisi yaxın zamanda futbolçu ilə danışıqlara başlayacaq.
"Qalatasaray"ın təklifində oyunçunun maaşının illik 5 milyon avroya artırılması da nəzərdə tutulub.
Qeyd edək ki, Yunus bu mövsüm 13 oyunda 5 qol vurub. 24 yaşlı vingerin müqaviləsi 2026-cı ilin yayına kimidir.
Rəylər