Ötən gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin dördüncü turu çərçivəsində İspaniya "Jirona"sını qəbul edən Niderlandın PSV klubu kataloniyalıların qapısından 4 cavabsız qol keçirib.
Oxu.Az "Opta Sports"a istinadən xəbər verir ki, Niderland çempionu bu qələbə sayəsində Çempionlar Liqasında özünəməxsus iki rekorda imza atıb.
Belə ki, PSV daha öncə UEFA Çempionlar Liqası matçında heç vaxt dörd qol vurmayıb.
Əlavə olaraq isə, "Jirona" üzərindəki bu qələbə PSV-nin Avropanın ən nüfuzlu klub futbol turnirində indiyə qədərki ən böyük qələbəsi olub.
Çempionlar Liqasının növbəti, beşinci turunda PSV öz meydanında "Şaxtyor"u qəbul edəcək.
Qeyd edək ki, PSV - "Şaxtyor" görüşü noyabrın 27-də baş tutacaq.
Rəylər