Parisdə keçirilən Olimpiya Oyunlarında boks yarışları başa çatıb.
Oxu.Az championat.com-a istinadən xəbər verir ki, turnir çərçivəsində 13 dəst mükafat oynanılıb. Onlardan yeddisi kişilər, altısı qadınlar arasında (13 qızıl, 13 gümüş və 26 bürünc medal) öz sahiblərini tapıb.
Boks üzrə medal sıralamasının qalibi Özbəkistan olub. Onun təmsilçiləri kişilərin yarışlarında beş qızıl medal qazanıblar. İkinci yeri üç qızıl və iki gümüş medal qazanan çinlilər tutublar. Kuba boksçuları isə bir qızıl və bir bürünc medal qazanıblar.
Rəylər