"Çelsi", PSJ və "Tottenhem"in keçmiş baş məşqçisi Maurisio Poçettino karyerasını ABŞ millisinin çalışdırıcısı kimi davam etdirmək qərarına gəlib.
Oxu.Az Goal.com-a istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı ABŞ millisinin rəsmiləri ilə danışıqları yekunlaşdırıb və razılığa gəlib.
Onun ABŞ Futbol Federasiyası ilə müqaviləni ən qısa zamanda imzalayacağı bildirilib.
Qeyd edək ki, Maurisio Poçettino baş məşqçi karyerası ərzində bir dəfə Fransa Liqa 1-in, bir dəfə Fransa Kubokunun, bir dəfə isə Fransa Superkubokunun qalibi olub.
Rəylər